“Qarabağ”ın keçmiş futbolçusu Azərbaycana qayıda bilər

28 Sentyabr, 13:27 Sosial mediada paylaşın:
“Qarabağ”ın keçmiş futbolçusu Simon Slavçev yenidən Azərbaycana qayıda bilər.Bolqarıstanlı yarımmüdafiəçi Azərbaycanın bir neçə klubundan təklif alıb. Əgər danışıqlar müsbət yekunlaşsa, təcrübəli futbolçu artıq qış fasiləsində yenidən Azərbaycan çempionatında oynaya bilər.
Qeyd edək ki, ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Slavçev hazırda doğma ölkəsinin “Levski” klubunun şərəfini qoruyur.

CANLI YAYIM