Çempionatın oyunlarının vaxtı dəyişdi

29 Sentyabr, 10:21 Sosial mediada paylaşın:
Ölkəmizdə elan olunan hərbi vəziyyətlə əlaqədar olaraq bir sıra idman yarışlarının qrafikində dəyişiklik edilib. Bununla əlaqədar futbol üzrə Azərbaycan çempionatının oyunlarının başlama vaxtları da dəyişdirilib. Bununla bağlı Peşəkar Futbol Liqası qərar qəbul edib.
Sentyabrin 28-dən Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyətin elan olunması ilə əlaqədar olaraq Bu dövrdə Bakı da daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, bütün təşkilati məsələləri nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının V, Azərbaycan I Divizionunun I turunun oyunlarının başlama saatları ilə bağlı müəyyən dəyişikliklər edib. Beləliklə Azərbaycan çempinatında 5-ci turun ilk oyunu olan “Sabah”-“Keşlə” qarşılaşması oktyabrın 2-i saat 15-30-da başlayacaq. Oktybarın 3-də Qəbələ şəhər stadionundakı “Qəbələ”-“Sumqayıt” oyununun başlama vaxtı saat 14-ə nəzərdə tutulub. Eyni gündə keçiriləcək “Zirə”-“Neftçi” görüşü isə saat 16-da start götürəcək. Nəhayət turun sonuncu oyunu olan “Qarabağ”ın “Səbail”lə oyunu isə oktyabrın 4-ü saat 15-30-da olacaq. Vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər. 

CANLI YAYIM