"Liverpul" "Arsenal"dan üstün olub

29 Sentyabr, 10:37 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında 3-cü turun oyunları davam edir. Azarkeşləri daha çox maraqlandıran qarşılaşmalardan biri Liverpul şəhərində keçirilib. Yerli komanda doğma meydanda "Arsenal" klubunu qəbul edib. Gərginliyi ilə diqqət çəkən görüşdə 4 qol vurulub. Paralel matçda isə "Fulhem" və "Aston Villa" komandaları üz-üzə gəlib.
Ötən mövsümün çempionu "Liverpul" Enfilddə "Arsenal"ı qəbul edib. İlk dəqiqələrdən irəli atılan "topçular" istəylərinə 25-ci dəqiqədə nail olublar. Aleksandr Lakazett birinci qolun müəllifi olub. Lakin qonaqların sevinci cəmi 3 dəqiqə çəkib. Sadio Manenin qolu oyuna tarazlıq gətirib. Bununla da kifayətlənməyən "mersisaydlılar" 6 dəqiqə sonra hesabda irəli çıxıblar. Endryu Robertsonun zərbəsi qarşısı alınmaz olub. Fasilədən sonra "Arsenal" futbolçularının hücum cəhdləri nəticəsiz qalıb. Əvəzində isə onlar qapılarında yenidən qol görüblər. Matçın yekunlaşmasına 2 dəqiqə qalmış Diequ Jota yekun nəticəni müəyyənləşdirən qolun müəllifi olub: "Liverpul" - "Arsenal" 3:1. Beləliklə, Yurgen Kloppun komandası bu turda da xal itirməyib.
                                                   
3-cü turadək qələbə üzünə həsrət qalan "Fulhem" bu mərhələdə də xal itkisi ilə üzləşib. Öz meydanında "Aston Villa"nı qəbul edən paytaxt klubu görüşə inamsız başlayıb. Hesabın açılmasını çox gözləmək lazım gəlməyib. 4-cü dəqiqədə "Aston Villa"nın heyətindən Con Makqinin ötürməsini Cek Qriliş qolla tamamlayıb. 11 dəqiqə sonda "Aston Villa" futbolçuları fərqi 2 topa çatdırıb. Konor Hurheyn fərqlənib. Bu qolun da ötürməsini Con Makqin edib. Fasilədən sonra, ikinci hissənin əvvəlində  qonaqlar, Londonluları 3-cü dəfə mərkəzə dəvət edib. Tayron Minqs mübarizəyə nöqtə qoyub - "Fulhem" - "Aston Villa" 0:3.

CANLI YAYIM