"Bolonya" "Parma"nı darmadağın edib

29 Sentyabr, 10:42 Sosial mediada paylaşın:
A Seriyasının 2-ci turunun növbəti görüşündə Bolonya şəhəri təmsilçisi ilə "Parma" furbolçuları qarşılaşıb.
Oyuna daha fəal başlayan "Bolonya" komandası 16-cı dəqiqədə hesabı açıb. Roberto Soriano fərqlənib. 14 dəqiqə sonra Soriano fərqi 2 topa çatdırıb. Fasilədən sonra da təşəbbüsü əldən verməyən meydan sahibləri 56-cı dəqiqədə parmalıları 3-cü dəfə mərkəzə dəvət edib. Andreas Skov Olsen rəqibi məyus edib - 3:0. 67-ci dəqiqədə qonaqlar buraxılan toplardan birinin əvəzini çıxıb. Hernanin zərbəsinin qarşısında qapıçı aciz qalsa da, bu təsəlli olub. Az sonra "Parma" azlıqda qalıb. Kobudluğa görə Simeone Yakoponi birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci hissəyə əlavə olunan dəqiqələrdə Rodriqo Palasio oyunda vurulan sonuncu qolun müəllifi olub. "Bolonya" - "Parma" 4:1.

CANLI YAYIM