"Ximki" "Dinamo"nu məğlub edib

29 Sentyabr, 12:23 Sosial mediada paylaşın:
Rusiya premyer liqasında 9-cu turun son qarşılaşması Ximki şəhərində keçirilib.
Yerli komanda paytaxt Moskva təmsilçilərindən "Dinamo" ilə üz-üzə gəlib. Təşəbbüsü ilk dəqiqələrdən ələ alan meydan sahibləri 20-ci dəqiqədə rəqibini məyus edib. Aleksandr Lomovitskinin zərbəsini qapıçı Anton Şunin dəf edə bilməyib. Bu qoldan sonra irəli atılan "Dinamo" futbolçularının cəhdləri nəticəsiz qalıb və görüş minimal hesabla "Ximki" komansasının xeyrinə başa çatıb. "Ximki" - "Dinamo" Moskva 1:0. 9 turdan sonra "Zenit" və "Spartak" 20 xalla birinci və ikinci yerləri bölüşür. İlk 3-lüyü 17 xalı olan "Rostov" kollektivi tamamlayır. 

CANLI YAYIM