"Tampa Bey" tarixində ikinci dəfə Stenli Kubokunun qalibi olub

29 Sentyabr, 13:32 Sosial mediada paylaşın:
Amerika Milli Xokkey Liqasında mövsümün qalibi müəyyənləşib.
“Dallas Starz”la “Tampa Bey Laytninq” final seriyasının 6-cı görüşünə çıxıblar. Bunadək Tampa Bey xokkeyçiləri seriyada 3:2 hesabı ilə öndəydilər. Komanda bu dəfə də inamlı çıxış edib. Dallaslılar ilk hissədə qapılarında şayba görüblər. Fasilədə sonra da hücumlarını davam etdirən Tampa təmsilçisi fərqi artırıb. 2:0 hesabı ilə qalib gələn “Tampa Bey Laytninq” seriyada 4-2 hesabı ilə qələbə qazanıb. Komanda, beləliklə tarixində ikinci dəfə Stenli kubokuna yiyələnib.

CANLI YAYIM