"Rolan Qarros"da ilk mərhələ davam edir

29 Sentyabr, 14:36 Sosial mediada paylaşın:
“Böyük dəbilqə” seriyalı Rolan Qaros turniri davam edir. Parisdə keçirilən yarışda ilk mərhələnin görüşləri keçirilir. Mükafat fondu 38 milyon avro olan turnirdə favoritlər özünü doğrultmaqdadır.
Mötəbər “Rolan Qaros” turnirinin ilk mərhələsində mübarizə davam edir. Kişilərin mübarizəsində diqqətlər ispaniyalı Rafael Nadalla belaruslu İqor Qerasimov arasında duelə yönəlmişdi. Yarışın əsas favoritlərindən sayılan Rafael Nadal ilk 2 hissədə 6-4 hesabı ilə qalib gəlib. Sonuncu setdə 6:2 hesabı ilə qələbə qazanan Nadal 1/32 finala yüksəlib.
Qadınların mübarizəsində də maraqlı görüşlər olub. Amerika Birləşmiş Ştatları tennisçisi Serena Uilyams həmyerlisi Kristi Anla üz-üzə gəlib. Uilyamsa hər iki setdə rəqibindən üstün olaraq mərhələ adlayıb.
İspaniyalı Qarbinye Muquruza sloveniyalı Tamara Zidanşeklə qarşılaşıb. İlk setdə qalib gələn Muquruza ikinci hissədə məğlub olub. Təşəbbüsü yenidən ələ alan ispaniyalı raketka ustası yekunda qalib gələrək növbəti mərhələyə yüksəlib.

CANLI YAYIM