Güləşçilərimiz “Qran-pri”yə altı medalla başladı

9 Avqust, 14:21 Sosial mediada paylaşın:
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.
İkinci yarış günündə ilk medalçılar müəyyənləşib. Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıb.Yunan-Roma güləşçilərinin mübarizəsində Elman Muxtarov (63 kq) çempion olubsa, onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.

CANLI YAYIM