Cüdo millimizin heyətində dəyişiklik edilib

9 Oktyabr, 11:34 Sosial mediada paylaşın:
Oktyabrın 23-də başlanacaq “Böyük Dəbilqə” turniri Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
İdmançılarımız mötəbər turnirə hazırlığını davam etdirir. Komandamızın məşqçilər korpusu nüfuzlu yarış üçün heyətində dəyişikliklər edib. Belə ki, qadın cüdoçularımızdan İrina Kindzerskaya, İçinxorlo Munxtsedev və Aleksandra Larisa Florian yarışda iştirak etməyəcək. Kişilərdən ibarət komandamızda isə 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov Davud Məmmədsoyu əvəzləyib. Beləliklə, kişilərdən ibarət komandamızda Kəramət Hüseynov, Əhməd Yusifov, Nicat Şıxəlizadə, Orxab Səfərov, Rustəm Orucov, Telman Vəliyev, Hidayət Heydərovla yanaşı, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Rüfət İsmayılov, Elmar Qasımov, Zelim Kotsoyev, Uşanqi Kokauri və Camal feyziyev mükafatlar uğrunda mübarizə aparacaq. Qadınlardan isə Aişə Qurbanlı, Leyla Əliyeva və Gültac Məmmədəliyeva medallar üçün yarışacaq.

CANLI YAYIM