Avroliqada "Fənərbağça" ilk pilləyə yüksəldi

9 Oktyabr, 14:43 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 2-ci tur başlanıb. Turnirin ən çox qalibi olmuş “Real Madrid”in uğursuz seriyası davam edir. Kral klubu basketbolçuları bu dəfə “Valensiya” ilə bacarmayıblar. Yarışın iddialı komandalarından ÇSKA isə yeni mövsümdə ilk qələbəsini qazanıb.
Turnirdə  ən 10 dəfə fəxri ümkafata sahib olan Real Madrid basketbolçuları ardıcıl ikinci görüşdə məğlub olublar.  İlk oyunda “Baskoniya” uduzan kral klubu bu dəfə İspaniyanın turnirdəki digər təmsilçisi “Valensiya” ilə bacarmayıb. “Valensiya” 93-77 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar oyunçusu Doyan Dubleviç olub. “Valensiya”nın monteneqrolu basketbolçusu 24 xal toplayıb.
Günün maraqla gölzənilən qarşılaşmalarından biri İstanbulda olub. Qardaş Türkiyənin iki komandası “Anadolu Efes” və “Fənarbağça” üz-üzə gəlib. Qarşılaşmaya meydan sahibləri fəal başlasalar da, “Fənarbağça” dönüş yaratmağı bacarıb və yekunda 9 xal fərqi ilə üstün olub. 80-71. Məglubiyyətə baxmayaraq görüşdə ən çox xalı “Anadolu Efes” komandasının xortaviyalı üzvü Simon Krunoslav toplayıb. O, 24 xalla diqqət çəkib.   Bu qələbə ilə “Fənarbağça”  ilk pilləyə yüksəlib.  
Yarışın iddialı komandalarından ÇSKA isə yeni mövsümdə ilk qələbəsini qazanıb. Moskva təmsilçisi  öz meydanında Makkabi “Təl-Əviv”ə 76-72 hesabı ilə qalib gəlib. 
 
 

CANLI YAYIM