Dürant karyerasını hansı klubda bitirəcək?

9 Oktyabr, 15:53 Sosial mediada paylaşın:
Ötən ilin yayında “Qolden Steyt”dən “Bruklin”ə keçsə də, Kevin Dürant zədə səbəbindən bu mövsüm heç bir oyuna çıxmadı. Hazırda basketbol həvəskarları onun qarşıdakı mövsümdə çıxışını səbirsizliklə gözləyir. Təbii ki, onun meydana çıxması “Nets”in iddiasını daha da artıracaq. Bəs görəsən, məşhur amerikalı basketbolçu karyerasının sonuna qədər hansı komandalara fayda verəcək? Bu barədə Dürant özü açıqlama verib.
Kevin Dürant karyerasını “Bruklin”də başa vurmağı planlaşdırır. Amerika Birləşmiş Ştatlarında tok-şoulardan birinə qatılan 32 yaşlı basketbolçu “Bruklin” mənim çıxış edəcəyim sonuncu klub olacaq” sözü ilə diqqət çəkib. Qeyd edək ki, MBA-da 12 illik karyerası olan Kevin ötən il 164 milyon dollar dəyəri olan 4 illik müqaviləyə imza atıb. Amma zədə səbəbindən amerikalı basketbolçu bu mövsüm meydana çıxmayıb. Amerika mətbuatının iddiasına görə, Dürantın “Bruklin”lə müqavilə müddəti başa çatdıqdan sonra o klubla yenidən danışıqlar masası arxasına əyləşəcək.Xatırladaq ki, Kevin 2007-ci ildə “Sietl Supersoniks” tərəfindən draft edilmiş və elə həmin mövsümdə də MBA-da mövsümün ən gənc oyunçusu seçilmişdi. Amma sonradan adını “Oklahoma Siti”yə dəyişən bu komandada uğur qazana bilməyən Dürant “Qolden Steyt”ə keçmiş və 2 dəfə Kaliforniya klubunda MBA çempionu olmuşdu.

CANLI YAYIM