"Leykers" 17-ci çempionluğunu qazandı

12 Oktyabr, 14:12 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında final seriyası başa çatıb. Titulun taleyinə 6-cı matçda aydınlıq gəlib. 
“Los Anceles Leykers” basketbolçuları 6-ci oyunda cütün taleyini həll ediblər. Görüşün əvvəlindən təşəbbüsü ələ alan Los Anceles klubu yekunda 106:93 hesaablı qələbə qazanıb. Bununla da komanda seriyada 4-cü qələbəsini əldə edərək tarixində 17-ci dəfə çempion tituluna yiyələnib. Komanda bu nominasiyada rekordçu olan “Boston Seltiks”in nəticəsini təkrarlayıb. Xatırladaq ki, Los Anceles klubu sonuncu dəfə 10 il əvvəl fəxri müküfata sahib çıxmışdı. “Leykers”in lideri Lebron Ceyms 28 xal, 14 ribaund və 10 məhsuldar ötürmə ilə qələbədə böyük rol oynayıb. O, həm də final seriyasının ən dəyərli basktebolçusu seçilib. Xatlırladaq ki, Lebron Ceyms karyerasında 4-cü dəfə çempion adını qazanıb.
 
 

CANLI YAYIM