İki cüdoçumuz reytinqdə zirvədə qərarlaşıb

13 Oktyabr, 10:41 Sosial mediada paylaşın:
Avropa Cüdo İttifaqı qitənin yeni reytinq cədvəlini açıqlayıb.
Komandamızın üzvləri uğurlu çıxışlarının bəhrəsini görüblər. Belə ki, Rüstəm Orucov 73 kq çəkli dərəcəsində ilk pillədə qərarlaşıb. Qadınların yarışında da Azərbaycan millisinin üzvü liderdir. Beləki,  78 kq-dan artıq çəkidə mübarizə aparan İrina Kindzerskaya bütün rəqiblərini qabaqlayıb. Xatırladaq ki,  2019-cu ildə beynəlxalq yarışlarda Rüstəm Orucov 6, İrina Kindzerskaya isə 8 dəfə mükafat qazanmağa müvəffəq olub. Millimizin daha üç cüdoçusu da Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov 100 kq çəki dərəcəsində 5-ci, Məmmədəli Mehdiyev 90 kq-da 6-cıdır.  Ən ağır çəki dərəcəsində təmsilçimiz  Uşangi Kokauri ilk 10-luğu tamamlayır. Qeyd edək ki, cüdoçularımızı qarşıda daha ciddi sınaq gözləyir. Komandamız okrtyabrın 23-dən 25-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Böyük Dəbilqə yarışında iştirak edəcək. Bu, tatami ustalarımızın pandemiya dörümndə ilk beynəlxalq  turniri olacaq.  

CANLI YAYIM