"Anadolu Efes" uğursuzluğa son qoydu

14 Oktyabr, 14:15 Sosial mediada paylaşın:
Basketbolçuların Avroliqa yarışında 3-cü tur 3 oyunla start verilib. Mövsümə əla başlayan “Jalgiris” itkisiz irəliləyir. Ilk 2 turda qalib “Valensiya” uduzub. “Anadolu Efes” isə uğursuzluğa son qoyub.
“Jalgiris” Serbiyada Srvena Zvezda ilə üz-üzə gəlib. Ilk 2 turda qalib gələn Litva təmsilçisi bu dəfə də azarkeşlərini sevindirib 75:69. Görüşün ən məhsuldar basketbolçusu meydan sahiblərinin üzvü Cordan Loyd olub. O, 19 xalla yadda qalıb.
Ilk 2 turda qalib gələn “Valensiya” basketbolçuları isə doğma meydanda Barselona təmsilçiləri ilə bacarmayıblar. Rolands Şmits-in 15 xal və 7 riabundla diqqət çəkdiyi görüşdə “Barselona” qalib gəlib 71:66.
“Anadolu Efes” isə nəhayət uğursuzluğa son qoyub. Türkiyə klubu Almaniyada “Alba Berlin”i məğlub etməklə ilk qələbəsini qazanıb 93:72. Qonaaqların heyətində Tibo Plyays 23 xalla nəinki oyunun, həm də günü ən məhsulıdar basketbolçusu olub.

CANLI YAYIM