"Real" uğursuzluğa son qoyub

15 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
: Basketbolçuların Avroliqa yarışında 3-cü turun 4 oyunu keçirilib.
“Real Madrid” doğma meydanda “Ximki”ni qəbul edib. Ilk 2 turda uduzan ispaniya təmsilçiləri nəhayət uğursuzluğa son qoyublar 94:85. Devin Buker 22 xalla görüşün ən məhsuldar basketbolçusu olsa da, bu yalnız təsəlli olub. Meydan sahiblərinin heyətində Serxio Lyull 21 xalla diqqət çəkib.
İstanbulda keçirilən “Fənərbağça” – ÇSKA görüşünün taleyi overtaymda həll olunub. Əsas vaxt 69:69 hesabı ilə başa çatıb. Overtaymda isə Moskva klubu 1 xal fərqlə qələbə qazanıb 78:77. Uil Klaybern 26 xalla oyunun qəhrəmanı olub.
 
Günün digər görüşlərinə gəldikdə “Bavariya” İsraildə “Makkabi”dən güclü olub 85:82. “Olimpiakos” isə “Olimpiya Milan”a qalib gəlib - 86:75.

CANLI YAYIM