"Qalatasaray" lider "Alanyaspor"a məğlub olub

20 Oktyabr, 15:29 Sosial mediada paylaşın:
Super Liqada 5-ci turun mərkəzi matçında “Qalatasaray” “Alanyaspor”u qəbul edib.
Qarşılaşmaya hər iki komanda sürətli hücumlarla başlayıb. İlk hissənin sonlarına yaxın təzyiqi artıan meydan sahibləri 34-cü dəqiqədə istəklərinə nail olublar. Falkao təyin olunan penaltini dəqiq yerinə yetirib. Fasiləyə kimi “Alaniyaspor” tarazlığı bərpa edib. Babakar cərimə zəribəsindən baxımlı qol vurub.  Birinci hissəyə əlavə olunan dəqiqədə “Qalatasaray” daha bri zərbə alıb. Etobo qırımızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.  Ikinci yarı da qarşılıqlı hücumlar şəraitində keçib. Meyanda say üstünlüyü əldə edən “Alaniyaspor” futbolçuları göüşün son dəqiqəsində rəqibinin müqavimətini qırıb. Davidson qonaqların qəlıəbə qolunun müəllifi olub. Beləliklə 2-1 hesabı ilə qalib gələn “Alanyaspor” bir günlük fasilədən sonra yenidən liderliyə yüksəlib. Komandanın hesabında 13 xal var. Ondan iki xal az toplayan “Fənərbağça” ikincidir. “Fatih Qaragümrük” və “Antalyaspor” 8 xalla 3-cü-4-cü yerləri bölüşür. 7 xalı olan “Qalatarasay” isə 5-ci pilldədir.

CANLI YAYIM