UEFA-nın qərarı: Azərbaycan millisi və "Qarabağ" ev oyunlarını neytral meydanda keçirəcək

21 Oktyabr, 10:31 Sosial mediada paylaşın:
Azərbaycan milli komandasının və UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” klubunun ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.
Qərarda bunlar qeyd olunub:
Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alan UEFA İcraiyyə Komitəsi bu gün klub və milli komandalar səviyyəsindəki oyunların növbəti qərar qəbul edilən dövrə qədər Azərbaycanda keçirilməməsinə qərar verib.
Sentyabr ayının sonlarında başlayan bu vəziyyətin inkişafını diqqətlə izlədikdən sonra bir Avropa Liqası pley-off oyunu və iki UEFA Millətlər Liqası matçının alternativ ölkədə keçirilməsinə qərar verilib. Çünki hazırda bu ölkələrdə UEFA yarışlarının keçirilməsi şərtləri yerinə yetirilmir.
 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından UEFA bayrağı altında keçiriləcək növbəti ev oyunları üçün alternativ məkanlar təklif etməsi istəniləcək.
Bölgədəki vəziyyət izləniləcək. UEFA İcraiyyə Komitəsinin dünən verdiyi qərar gələn ilin iyun ayında AÇ-2020 matçlarının Bakıda keçiriləcək oyunlara hələ şamil edilmədiyi qeyd olunur. 
Xatırladaq ki, "Qarabağ"ın oktyabr-dekabr aralığında qrupda ev oyunlarında ilk olaraq "Vilyarreal", ardından "Sivasspor" və nəhayət, Təl-Əviv "Makkabi"siylə görüşəcək. Millimizin isə UEFA Millətlər Liqasında Monteneqroyla ev matçı qalıb.  Azərbaycan yığması bunadək öz meydanında - Bakı Olimpiya Stadionunda görüşməli olduğu Kipri Albaniyada qəbul etməli olub. Son ev oyununun noyabrın 14-də məhz BOS-da keçirilməsi nəzərdə tutulmuşdu.

CANLI YAYIM