"Sumqayıt" keçmiş futbolçusuna təklif göndərib

21 Oktyabr, 12:45 Sosial mediada paylaşın:
"Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev hazırda çıxış etdiyi "Makkabi"dən (Petah-Tikva) ayrılmağa hazırlaşır. İsrail mətbuatının yazdığına görə buna səbəb 30 yaşlı yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdır. Bu məsələdən xəbərdar olan “Sumqayıt” klubu isə Babayevi geri qaytarmaq niyyətindədir. Artıq futbolçuya ilkin təklif də göndərilib. Lakin Əli Babayev bu təklifə hələ ki cavab verməyib.

CANLI YAYIM