"Mançester Yunayted" Parisdən qələbə ilə qayıdır

21 Oktyabr, 14:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının C qrupunda diqqətlər “Nou Kamp”a yönəlmişdi. “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib. Oyun gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə keçib. Görüşdə vurulan 6 qolun 5-i “Barsa”nın payına düşüb. İspaniya təmsilçisindən Lionel Messi, Ansu Fati, Koutinyo, Pedri və Osman Dembele fərqlənib. Qonaqlardan isə İqor Xaratinin qolu təsəllidən başa bir işə yaramayıb. Beləliklə, “Barselona” 5:1 hesabı ilə qalib gəlib.
Qrupun digər görüşündə “Yuventus” Kiyev “Dinamo”sunu qəbul edib. Görüş meydan sahiblərinin 2 cavabsız qolu ilə yekunlaşıb. Alvaro Morata dubl edib.
H qrupuna “Leyptsiq” iddialı başlayıb. “Başakşəhər”lə oyunda Almaniya təmsilçisi 2 qolla qalib gəlib. Anxelinyonun dublu komandasına qələbə qazandırıb.
Qrupun digər matçında isə “Pari Sen-Jermen” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb. 23-cü dəqiqədə Brunu Fernandeş penaltini dəqiq yerinə yetirib. Parislilər ikinci yarıda tarazlığı bərpa ediblər. Qonaqlardan Antoni Marsial avtoqol müəllifi olub. 87-ci dəqiqədə fərqlənən Markus Reşford “Mançester Yunayted”ə 3 xal qazandırıb.

CANLI YAYIM