Qurban Qurbanov: "Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

22 Oktyabr, 10:19 Sosial mediada paylaşın:
Bu gün Avrolipa Liqasında qrup mərhələsinin ilk oyunları keçiriləcək.
 Ölkəmizin Avrokuboklardakı yeganə təmsilçisi olan “Qarabağ” səfərdə İsrailin “Makkabi” Tel-Əviv klubunun qonağı olacaq. Ağdam təmsilçisi oyuna itkilərlə çıxacaq. Komandanın aparıcı üzvü Mahir Emreli uzun müddətdir ki, zədədən əziyyət çəkir və yenicə məşqlərə başlayıb. Abbas Hüseynov isə ölkə çempionatının 6-cı turunda “Qəbələ” ilə qarşılaşmadan sonra əzələsini dartıb. Onun hətta ilk 18-liyə düşməsi belə sual altındadır. İtkilərə baxmayaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərə inamlı nəticə qazanmaq üçün gəldiklərini deyib: "Makkabi"nin həm "Dinamo" (Brest,Belarus), həm də "Zalsburq"la matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan bir komandadır. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var. Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə fikrimizin əsgərlərimizin yanında olmağı normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Futbolçularımı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik". 
 “Qarabağ”ın rəqibi olan “Makkabi”nin oyun öncəsi əsas problemi isə baş məşqçi Yorgis Donislə bağlıdır. Belə ki, Çempionlar Liqasının təsnifat mərhələsindəki “Zaltsburq”la görüşdə texniki zonadan uzaqlaşdırılan mütəxəssis oyunu tribunadan izləməli olacaq. Amma təcrübəli məşqçi bu amilin komanda üçün çətinlik yaratmayacğını düşünür: “Özümüzə inanırıq. Yaxşı oynayırıq, intizamlı olsaq, qrupdan çıxmaq şansımız var. Addım-addım oyunları düşünməliyik.  Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq. Hədəflərimiz çoxdu. "Qarabağ" müdafiədə, hücumda balanslı və güclü komandadı. Komanda şəklində oynayırlar. Güclü rəqibdi. Bizi çox çətin oyun gözləyir”.
Qeyd edək ki, oktyabrın 22-də Teləvivin "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

CANLI YAYIM