Svitolina mübarizəni erkən dayandırdı

22 Oktyabr, 13:45 Sosial mediada paylaşın:
Çexiyada qadın tennisçilərin beynəlxalq turniri davam edir. Ümumi mükafat fondu 528 min dollar olan yarışda 1/8 finalın görüşləri keçirilib. Turnirin reytinq favoriti ukraynalı Elina Svitolinanın məğlubiyyəti mərhələnin ən gözlənilməz nəticəsi olub.
Turnirin 1/8 finalında ukraynalı Elina Svitolin yunanıstanlı Mariya Sakkari ilə qarşılaşıb. Dünya tennisçilərinin reytinq siyahısında 5-ci yerdə olan, eləcə də yarışın reytinq favoriti ukraynalı raketka ustasının qələbə imknaları yüksək qiymətləndirilirdi. Lakin  Mariya Sakkari ehtimalları alt- üst edərək inamlı qələbə qazanıb. Yunanıstanlı tennisçi hər iki hissədə 6-3 hesabı ilə qalib gəlib.   
Turnirin daha bir iddialı raketka ustası belaruslu Viktoriya Azarenka isə rəqibinin müqavimətini 3 setdə qırıb. O, çexiyalı Barbora Kreyçikova ilə görüşün ilk setində 2-6 hesabı ilə məğlub olub. Lakin Azarenka dönüş yaratmağı bacarıb. Əvvəlcə 6-2 hesabı ilə üstün olan belaruslu idmançı həlledici hissədə rəqibibin yalnız bir qeymdə fərqlənməsinə imkan verib. Turnirin qalibi oktyabrın 25-də müəyyənləşəcək.

CANLI YAYIM