"Giro D`İtalia"da avstraliyalı idmançı ilk dəfə fərqləndi

22 Oktyabr, 16:30 Sosial mediada paylaşın:
“Giro D`İtalia” çoxgünlük velomarafonda 17-ci mərhələ arxada qalıb.
Bassano Del Qrappa komunasından Madonna di Kampilyo bölgəsinə qədər 207 məsafə qət ediblər. Builki yarışda ilk dəfə avstraliyalı idmançı hamıdan yaxşı nəticə göstərib. NTT Pro Sayklinq komandasından Ben O`Konnor 5 saat, 50 dəqiqə, 59 saniyə nəticəylə bütün rəqiblərini qabaqlayıb. “Bəhreyn Maklaren”inin şərəfini qoruyan, avstriyalı Herman Perştayner 2-ci yeri tutub. “Lotto Syudal”ın belçikalı üzvü Tomas de Gendt ilk 3-lüyü tamamlayıb. Velosipedçilərin ümumi siyahısında isə hər hansı dəyişiklik baş verməyib. Portuqaliyalı Joau Almeyda zirvədədir. Niderland idmançısı Vilko Kelderman 2-ci, avstraliyalı Cey Hindli 3-cüdür.
Xatırladaq ki, “Giro D`İtalia” velomarafonunun başa çatmasına 4 mərhələ qalıb. Turnirə oktyabrın 25-i, Milan şəhərində yekun vurulacaq.

CANLI YAYIM