"Vuelta"da bu dəfə Soler sevindi

22 Oktyabr, 17:30 Sosial mediada paylaşın:
İspaniyada isə məşhur “Vuelta” veloyürüşü başlanıb. Artıq 2-ci mərhələ arxada qalıb. İlk mərhələdən fərqli olaraq bu dəfə yerli idmançı finiş xəttini 1-ci keçib.
2-ci mərhələdə velosipedçilər Pamplonadan Lukemberriyə kimi 151,6 km məsafə qət ediblər. Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda yerli idmançı fərqlənib.  “Movistar” komandasının üzvü Mark Soler 3 saat 47 dəqiqə 4 saniyə nəticə ilə finiş xəttini 1-ci keçib. İlk mərhələnin qalibi olan sloveniyalı Primoj Roqliç bu dəfə 2-ci yerlə kifayətlənib. İlk 3-lüyü irlandiyalı Deniel Martin keçib. Xatırladaq ki, o, ilk mərhələd də 3-cü yeri tutmuşdu.
2 turdan sonra Primoj Roqliç ümumi sıralamaya başçılıq edir. Ondan 9 saniyə geri qalan Denile Martin 2-cidir. 11 saniyə geridə olan kolumbiyalı Riçard Karapas 3-cü yerdədir. 2-ci mərhələnin qalibi Mark Soler isə 10-cudur. O, liderdən  1 dəqiqə 4 saniyə geridir.

CANLI YAYIM