Siyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub

22 Oktyabr, 11:29 Sosial mediada paylaşın:
Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 07.00 radələrində düşmən tərəfindən Siyəzən rayonu istiqamətində 3, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

CANLI YAYIM