Avropa çempionatında 3 cüdoçumiz medal qazandı

10 Noyabr, 16:21 Sosial mediada paylaşın:
Müzəffər Azərbaycan ordusunun döyüş meydanında şanlı qələbəsi ilə eyni vaxtda atletlərimiz də bizi idman meydanlarında uğurları ilə sevindirirlər. 23 yaşadək cüdoçuların Avropa çempionatında 3 idmançımız medal qazanıb. Millimizin heyətində Turan Bayramov, Nurlan Osmanov və Gültac Məmmədəliyeva fərqlənib.
Azərbaycan idmançıları Xorvatiyanın Periç şəhərində təşkil olunan 23 yaşadək cüdoçuların Avropa çempionatına uğurla start veriblər. Millimizin 3 üzvü medal qazanıb. Oğlanlardan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. O, 3-cü yer uğrunda qarşılaşmada komanda yoldaşı Yaşar Nəcəfova qalib gəlib. 66 çəkidə Nurlan Osmanov da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçumuz bürünc mükafat uğrunda görüşdə Finlandiya nümayəndəsi Saşa Lukası məğlub edib. Qızların turnirində isə 52 kq-da çıxış edən Gültac Məmmədəliyeva gümüş medal qazanıb. Beləliklə gənc cüdoçuların qitə birinciliyinin ilk günündə AZərbaycan komandası 1 gümüş, 2 bürünc mükafata yiyələnib. Yeri gəlmişkən noyabrın 19-u Çexiyanın paytaxtı Praqada cüdoçuların Avropa çempionatına start veriləcək. Kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə 66, Telman Vəliyev, Rüstəm Orucov 73,  Murad Fətiyev 81,  Məmmədəli Mehdiyev 90,  Zelim Kotsoyev, Elmar Qasımov 100,  Uşanqi Kokauri 100 kiloqramdan artıq çəkidə, qadınların turnirində isə Leyla Əliyeva, Aişə Qurbanlı 48, gənclərin analoji yarışında gümüş medal qazanan Gültac Məmmədəliyeva 52 , Aleksandra-Larisa Florian 57, nəhayət İrina Kindzerska 78 kq-dan artıq çəkili atletlərin yarışında bacarığını nümayiş etdirəcək.

CANLI YAYIM