Mirabdulla Abbasov və Vüsal İsgəndərli koronavirusa yoluxub

23 Noyabr, 12:00 Sosial mediada paylaşın:
Azərbaycanda daha iki futbolçu koronavirusa yoluxub.
Bunlardan biri “Neftçi”nin üzvü Mirabdulla Abbasovdur. Forvardın yoluxması barədə xəbəri “Neftçi”nin baş məşqçisi Samir Abasov verib. Onun sözlərinə görə futbolçudan “Qəbələ” ilə oyundan öncə götürülən testin nəticələri müsbət çıxıb. Hazırda təcrid olunan Mirabdulla Abbasov müalicəsini davam etdirir. Qeyd edək ki, bir müddət öncə “Neftçi”nin kapitanı Emin Mahmudov da korovirusa yoluxmuşdu. “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli də koronavirusa yoluxub. Millinin düşərgəsindən qayıtdıqdan sonra test verən hücumçunun nəticəsi pozitif olub. Xəstəliyi simptomsuz keçirən İsgəndərli hazırda karantinə alınıb.

CANLI YAYIM