Karmelo Entoni "Portlend"də qalıb

23 Noyabr, 17:30 Sosial mediada paylaşın:
Karmelo Entoni “Portlend”lə müqavilə müddətini yeniləyib.
36 yaşlı basketbolçunun “Treyl Bleyzers”lə müqavilə müddəti başa çatsa da, o klubu tərk etməmək qərarına gəlib. Melonun belə bir addım atmasına səbəb isə “Portlend”ə təşəkkür etmək istəyi olub.  Məsələ ondadır ki, bir müddət klubsuz qalan Entoniyə məhz Oreqon klubu təklif göndərərək ona oynamağa imkan yaradıb. Xatırladaq ki, Entoni karyerası ərzində “Denver”, “Nyu-York”, “Oklahoma Siti” və “Hyuston”un heyətində çıxış edib. O, Amerika millisinin heyətində 3 dəfə olimpiya çempionu olub.

CANLI YAYIM