Gimnastlarımız Avropa çempionatında iştirak edəcək

25 Noyabr, 17:01 Sosial mediada paylaşın:
Noyabrın 26-da Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək.
Bu yarışda Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorikina, Arzu Cəlilova və Zöhrə Ağamirova böyüklərin, Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova, İlona Zeynalova isə yeniyetmələrin mübarizəsində çıxış edəcəklər. Onlarla yanaşı idman gimnastlarımız da ciddi sınaq qarşısındadırlar. Söhbət dekabrda idman gimnastikası üzrə Avropa çempionatından gedir. Yarış Türkiyənin Mersin şəhərində olacaq. Dekabrın 9-dan 13-dək kişi idmançılarımız mübarizə aparacaq. Murad Ağarzayev, Servyar Əliyev, Cavidan Babayev, Ağamurad Qəhramanov, İvan Tixonov, Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov və Ramin Dəmirov mükafatlar uğrunda yarışacaq. Dekabrın 17-dən 20-dək qadınların mübarizəsində isə Marina Nekrasova, Samira Qəhramanova və Milan Minakovskaya ölkəmizi təmsil edəcək.

CANLI YAYIM