"Vakıfbank" Fransadan qələbə ilə qayıdıb

26 Noyabr, 17:30 Sosial mediada paylaşın:
Qadın voleybolçuların Çempionlar Liqasında 2-ci tura start verilib. Türkiyənin turnirdəki təmsilçilərindən “Vakıfbank” uğurlu çıxışını davam etdirir. İstanbul klubu bu dəfə də səfərdə rəqibindən üstün olub. 
İlk oyunda Polşada “Lodz” klubuna 3-0 hesabı ilə qalib gələn Türkiyənin “Vakıfbank” komandası bu dəfə Fransadan qələbə ilə qayıdıb. “Mulhauz”la qarşılaşan “Vakıfbank” voleybolçuları hər 3 setdə rəqiblərindən üstün olublar. İlk setdə 25-18 hesabı ilə qalib gələn İstanbul təmsilçisi növbəti hissəni 9 xal fərqi ilə öndə tamamlayıb. “Vakıfbank”  sonuncu setdə də çətinlik çəkməyib. 25-18. Bu qələbə sayəsində xallarının sayını 6-a çatdıran “Vakıfbank” C qrupunun lideri olub. “Mulhauz” isə 3 xalla ikinci pillədə qərarlaşıb. 
Qrupun digər oyunu Bolqarıstanda olub. Yerli “Maritsa Plovdiv” komandası “Lodz” klubuna uduzub. Gərgin keçən qarşılaşmada polşalılar 3-2 hesabı ilə qələbə qazanıblar. Bu, “Lodz”un qrup mərhələsində ilk qələbəsidir. “Maritsa Plovdiv” isə ardıcıl ikinci görüşdə meydanı məğlub tərk edib. E qrupunda mübarizə aparan İtaliyanın “Novarro” klubu Çexiyada “Olomuk”a 3-0 hesabı ilə qalib gəlib. Digər oyunda isə Polşanın “Xemik” komandası “Dinamo” Kazan voleybolçularından üstün olub.
 

CANLI YAYIM