Olimpiadanın boks üzrə təsnifat turnirinin tarixi açıqlanıb

1 Dekabr, 12:49 Sosial mediada paylaşın:
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turnirinin yeni tarixi açıqlanıb.
Bu ilin martında koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış yarış 2021-ci ilin aprelində keçiriləcək.  8 kişi və 5 qadın kateqoriyasındakı qarşılaşmalar aprelin 22-dən 26-dək təşkil olunacaq.  Xatırldaq ki,  Avropa Təsnifat Turnirində Azərbaycan boksçuları da mübarizə aparırdı. Komandamızın üzvlərindən Tayfur Əliyev 1/4 finala yüksəlməklə Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

CANLI YAYIM