Tayson daha bir görüş keçirmək niyyətindədir

1 Dekabr, 17:22 Sosial mediada paylaşın:
Əfsanəvi amerikalı boksçu Mayk Tayson rinqdə minimum daha bir görüş keçirəcəyini söyləyib.
Ötən bazar günü 54 yaşlı əlcək ustası 51 yaşlı həmyerlisi Roy Consla heç-heçə etdikdən sonra azarkeşlərini bu dəfə qələbə ilə sevindirmək istəyir. Mətbuata açıqlama verən “Dəmir Mayk” bunları söyləyib: “Rinqə qayıtdıqdan sonra nokauta düşmədiyimə görə çox sevinirəm.Hərçənd daha yaxşı çıxış edə biləcəyimi düşünürəm. Növbəti dəfə Tanrının iradəsi ilə rinqdə daha güclü olacağam”.
Maraqlıdır ki, mətbuata belə təmkinli açıqlama verən Tayson Consla görüş başa çatan kimi emosionallığı ilə yadda qalmışdı. O, 8 raund davam şou xarakterli görüşün nəticəsi ilə razılaşmadığını və hakimlərin onun qələbəsini oğurladığını iddia etmişdi.

CANLI YAYIM