MBA klubları heyətlərini gücləndirir

3 Dekabr, 17:30 Sosial mediada paylaşın:
Uzun müddət “Oklahoma Siti Tander”də çıxış edəndən sonra ötən mövsümü “Hyuston Rokets”də keçirən Rassel Vestbruk komandasını yenə dəyişib. 2017-ci ilin ən dəyərli oyunçusu    bundan sonra “Vaşinqton “Uizards”ın uğurları üçün çalışacaq. Əvəzində “Vizards”dan gedən Con Uoll karyerasını “Hyuston Rokets”də davam etdirəcək. Xatırladaq ki, Vol 2010-cu ildə draftda ilk seçim kimi vaşinqtonluların heyətinə cəlb olunmuşdu.
10 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Los Anceles Leykers” isə lideri – Lebron Ceymslə yeni müqavilə imzalayacaq. Amerika mətbuatının məlumatına görə ulduz basketbolçuyla 85 milyon dəyərində olan yeni sövdələşmə 2023-cü ilə qədər nəzərdə tutulub. Maraqlıdır ki, həmin il Lebronun basketbolla məşğul olan oğlu Bronni məktəbi bitirəcək.

CANLI YAYIM