Koronavirusa yoluxan gimnastlarımız Avropa çempionatında iştirak etməyəcək

9 Dekabr, 16:46 Sosial mediada paylaşın:
Kişi idman gimnastikası üzrə millimizin üzvlərinin koronavirusa yoluxması səbəbindən komandamız bu gün startı verilən Avropa Çempionatında iştirak etməyəcək. 
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə nümayəndə heyəti yarışın keçirildiyi Türkiyənin Mersin şəhərinə yola düşməmişdən əvvəl koronavirus testindən keçib və bütün üzvlərin nəticəsi neqativ olub.   Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq Yerli Təşkilat Komitəsi təkrar test keçirir. Testlərin nəticəsində 3 gimnastımızda koronavirus aşkarlanıb. İdmançılarımız özlərini yaxşı hiss edirlər və onların sağaldıqdan sonra Bakıya qayıdacağları bildirilir.

CANLI YAYIM