Pau Qazol "Leykers"ə qayıtmaq istəyir

11 Dekabr, 16:45 Sosial mediada paylaşın:
2010-cu ildə “Leykers”lə Milli Basketbol Assosiasiyasının çempionu olan Po Qazol yenidən Los-Anceles klubunda oynamaq istəyir. İspaniyalı basketbolçunun belə bir arzuyla yaşamasının da öz səbəbləri var...
Bir vaxtlar “Leykers”in aparıcı fiqurlarından biri olan Pau Qazol hazırda karyerasının qürub çağını yaşayır. İspaniya mətbuatı, onun yaxın vaxtlarda “Barselona”ya qayıdacağı haqda proqnozlar versə də, 40 yaşlı basketbolçu başqa komandaya qayıtmaq istəyir. 2010-cu ildə “Leykers”lə MBA çempionu olan Pau bu dəfə qardaşı Markla eyni komandada oynamağı arzulayır: SİTAT “Yenidən “Leykers”ə keçsəm, bu mənim üçün tarixi an olacaq. Los-Anceles klubunda qardaşım Markla bir yerdə oynasam, mükəmməl olardı. Amma indi elə vəziyyətdəyəm ki, hansısa komandadan nəsə uma bilmərəm. 10 komandadan təklif almamışam ki, onlar arasında seçim edim. Sadəcə, mənə ehtiyacı olan komandada oynamaq və onun uğurları üçün əziyyət çəkmək istəyirəm. Hansısa komandanın sıradan bir oyunçusuna çevrilmək fikrində deyiləm. Mən meydanda oyundan həzz almaq istəyirəm”. SİTATIN SONUXatırladaq ki, Po Qazol ötən ilin martından MBA-da heç bir komandada çıxış etmir. Sonuncu dəfə “Miluoki”nin heyətində meydana çıxan ispaniyalı basketbolçu ilyarım ərzində ayağından iki dəfə əməliyyat keçirib. Hazırda o, fərdi şəkildə məşq edir.

CANLI YAYIM