"Anadolu Efes" və "Fənərbağça" üçün uğursuz tur

11 Dekabr, 17:30 Sosial mediada paylaşın:
Basketbolçuların Avroliqa yarışında 13-cü turun oyunları olub. Türkiyə klubları azarkeşlərini məyus ediblər. İspaniya təmsilçiləri isə əksinə, daha yaxşı çıxış ediblər.
“Real Madrid” dogma arenada “Zenit”lı qarşılaşıb. İspaniyada kecirdiyi son 5 oyunda qalib gələn “Kral klubu” ugurlu seriyani davam etdirib. Bu defe komanda 79:72 hesabi ile qalib gelib. Qeyd edek ki “Real Madrid” turnir cədvəlində “Barselona”, “Bavariya” və Moskva ÇSKA-sından geri qalır.
İspaniyada keçirilən digər oyunlara gəldikdə isə, “Valensiya” basketbolçuları  “Anadolu Efes”i məğlub ediblər - 76:74. “Valensiya” klubu turnir cədvəlində “Real Madrd”in ardından 5-ci pillədə qərarlaşıb, “Anadolu Efes” 9-cu yerdədir.
“Baskoniya” basketbolçuları ise azarkeşlərini məyus edibler. “Makkabi” İspaniyadan qələbə ilə qayıdıb  - 67:63. 
Yarışın iddialı komandalarından “Fənərbağça” Berlində “Alba”ya uduzub. “Olimpikos” isə Serbiyada “Srvena Zvezda”ya qalib gəlib.

CANLI YAYIM