Şahmat Olimpiadası Rusiyada keçiriləcək

12 Dekabr, 11:26 Sosial mediada paylaşın:
Növbəti- 45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək.
Beynəlxalq Şahmat Federasiyası gələn ilə planlaşdırılan analoji yarışı isə ləğv edib. Əvvəlcə Rusiyanın 2020-ci ildə, Belarusun isə 2022-ci ildə turnirə ev sahibliyi etməsi planlaşdırılırdı. Daha sonra Rusiyadakı yarış koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış, Belarus isə olimpiadanı keçirməkdən imtina etmişdi. Xatrıladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası 2016-cı ildə Bakıda təşkil olunub.

CANLI YAYIM