Güləşçilərimizdən daha biri Belqradda medal qazanıb

15 Dekabr, 11:33 Sosial mediada paylaşın:
Serbiyanın paytaxtı Belqradda güləşçilərin dünya kuboku davam edir.
Yarışın 3-cü günündən azərbaycanlı idmançılardan daha biri medal qazanıb. Yunan-roma güləşçimiz fəxri kürsüyə qalxıb.  Yunan-Roma güləşçimiz Beka Kandelaki dünya kubokunda 3-cü yer uğrunda görüşə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançımız polşalı Rafal Krayevski ilə qarşılaşıb. Kandelaki tam üstünlüklə qalib gələrək Azərbaycan seçməsinə bürünnc medal qazandırıb. 67 kq-da Taleh Məmmədov eyni uğuru təkrarlaya bilməyib. O, qırğızıstanlı güləşçiyə uduzub. Qadın güləşçilərimizdən Tatyana Omelçenko isə 1\4 finalda rusiyalı idmançıya məğlub olaraq mübarizəmi dayandırıb. Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən İslambek Dadov gümüş, Eldəniz Əzizli isə bürünc medala yiyələnmişdi. Beləliklə dekabrın 18-i başa çatacaq turnirdə komandamızın hesabında hələlik 1 gümüş, 2 bürünc mükafat var. 

CANLI YAYIM