Harden "Hyuston"da qalmaq istəmir

15 Dekabr, 17:30 Sosial mediada paylaşın:
Basketbol həvəskarları dekabrın 22-i start götürəcək MBA-da yeni mövsümü  səbirsizliklə gözləyir. Amma onları həm də bir sual düşündürür. Ceyms Harden “Hyuston”da qalacaqmı?
“Hyuston”un lideri Ceyms Harden mövqeyini dəyişməyib. Texaslıların müdafiəçisi klubu tərk etmək niyyətindədir. Bu barədə ABŞ-ın nüfuzlu ESPN telekompaniyası məlumat yayıb.  “Rokets” rəhbərliyi Rassell Uestbruku “Vaşinqton”a yola salıb əks düşərgədən Con Uollu Hyustona gətirsə də, bu, Hardenin fikrini dəyişməyib.  Mənbələrin məlumatına görə, Hardenin ümumiyyətlə “Hyuston”dan getmək istəyinin səbəbi Uollun gəlişi ilə də bağlı deyil. Komandanın çempionluq uğrunda mübarizə apara bilməməsi Ceymsi narahat edir. Üstəlik, mövsüm başa çatandan sonra baş məşqçi Mayk D`Antoni və klubun meneceri Deril Morinin gedişi Hardeni narazı salıb. Daha doğrusu, strategiyanın tez-tez dəyişməsi 31 yaşlı basketbolçunu qane etmir.
Ümumiyyətlə, Amerika mətbuatı son günlər Hardenin “Bruklin” və ya “Filadelfiya”ya keçə biləcəyi haqda məlumatlar yayır.  Amma məsələ ondadır ki, Hardenə görə nə “Nets” Kayri İrvinqdən, nə də “Seventi siksers” Coel Embiid və Ben Simmonsdan imtina etmək fikrindədir.

CANLI YAYIM