"Barselona" Avroliqada liderliyini davam etdirir

17 Dekabr, 16:18 Sosial mediada paylaşın:
Basketbolçuların Avroliqa yarışında mübarizə davam edir. Artıq 14-cü tur da arxada qaldı. İspaniya təmsilçiləri bu turda qələbə qazanıblar. “Zenit” “Bavariya”dan, “Lion” isə “Makkabi Təl Əviv”dən üstün olub.
Yarış cədvəlinin lideri “Barselona” növbəti matçına çıxıb. Moskvanın “Ximki” komandasını qəbul edən Kataloniya təmsilçisi oyuna daha yaxşı başlayıb. İlk 3 hissədə qalib gələn meydan sahibləri yalnız sonuncu dövrədə məğlub olublar. Buna baxmayaraq “Barselona” qələbə qazanıb. 87-74.
İspaniyanın digər təmsilçisi “Valensiya” isə “Olimpiakos”un qonağı olub. 181 xalın qeydə alındığı görüşdə meydan sahibləri məğlub olublar. “Valensiya” 96-85 hesabı ilə qalib gəlib.
“Lion” “Makkabi Təl Əviv” görüşü gərgin mübarizə şəraitində keçib. Başabaş gedən mübarizədə meydan sahibləri qələbə qazanıblar. Fransızlar 84-81 hesabı ilə azarkeşlərini sevindiriblər.
“Zenit” isə “Bavariya”nı qəbul edib. Oyuna daha yaxşı başalayan qonaqlar böyük fasiləyə 8 xal fərqilə öndə yollanıblar. Ruhdan düşməyən meydan sahibləri yekunda qəlib gəlməyi bacarıb. “Zenit”-“Bavariya”  79-75.

CANLI YAYIM