Azərbaycan güləşçisi dünya kubokunun finalına vəsiqə qazanıb

18 Dekabr, 11:25 Sosial mediada paylaşın:
Belqradda keçirilən Dünya kubokunun son günündə 4 idmançımız həlledici görüşə çıxacaq. Onlardan 61 kqda yarışan Əhmədnəbi Qvarzatilov finalda çıxış edəcək. O, Rusiya idmançısı ilə üz-üzə gələcək.
Digər 3 idmançızım isə bürünc medal uğrunda mübarizə aparacaq. 65 kqda Hacı Əliyev, 79 kqda Rəşad Yusifli və 97 kqda Şamil Zubairov bürünc medal uğrunda görüşə çıxacaq.
Xatırladaq ki, komandamızın akltivində 4 medal var. daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov gümüş, Eldəniz Əzizli və Beka Kandelaki bürünc mükafatəldə edib. Qadınlardan isə Elis Manolova 3-cü yeri turub.

CANLI YAYIM