Serxio Peres "Red Bull"a keçdi

19 Dekabr, 11:30 Sosial mediada paylaşın:
Bir neçə gün öncə Avropa mətbuatı mövsümün sonunda “Reysinq Point”dən ayrılan Serxio Peresin “Alfa Romeo”ya keçəcəyi ilə bağlı məlumatlar yaysa da, meksikalı pilot istiqamətini dəyişib. Hər halda daha iddialı komandadan təklif aldıqdan sonra ondan başqa addım da gözləməyə dəyməzdi.  Bəs görəsən, Peres hansı komandaya keçib? Bu haqda növbəti süjetimizdə...
“Reysinq Point”də çıxışını yekunlaşdıran Serxio Peresin yeni komandası məlum olub. Meksikalı pilot növbəti mövsüm “Red Bull”da Maks Ferstappenlə birgə yarışacaq. Bu barədə Avstriya komandasının mətbuat xidməti məlumat yayıb.  Aleksandr Albon isə “Red Bull”da əvəzedici rolunu oynayacaq.  Xatırladaq ki, Peres bu mövsüm “Reysinq Point”in heyətində 125 xal toplayaraq mövsümü 4-cü pillədə tamamlayıb.  O, hətta Bəhreyndə keçirilən Sahir Qran-prisində karyerasında ilk dəfə finiş xəttini birinci keçib. Maraqlıdır ki, Peres Sebastyan Fettelin “Reysinq Point”lə müqavilə imzalaması nəticəsində komandada yerini itimişdi. Albona gəlincə, “Red Bull”da Maks Ferstappenlə rəqabət aparan Aleksander bu mövsüm heç bir təsnifat mərhələsində komanda yoldaşını qabaqlaya bilməmişdi. O, 105 xalla mövsümü 7-ci pillədə başa vurub.
 

CANLI YAYIM