Avropa Liqası: Millimiz İspaniya, Fransa və Rumıniya yığmaları ilə qarşılaşacaq

20 Dekabr, 12:13 Sosial mediada paylaşın:
Voleybol üzrə Avropa Liqasının 2021-ci il mövsümünün püşkü atılıb.
Azərbaycan bu dəfə yalnız qadınların turnirində təmsil olunacaq.
Millimiz Qızıl Avropa Liqasında gücünü sınayacaq. Komandamız "A" qrupunda yer alıb. Yığmamız İspaniya, Fransa və Rumıniya ilə mübarizə aparacaq. Qrup oyunlarının birinci dövrəsinə gələn il mayın 28-30-da Rumıniya, ikinci dövrəsinə iyunun 4-6-da Fransa ev sahibliyi edəcək.
Reqlamentə əsasən, qrup qalibləri “Dördlər finalı”na yüksələcək. Onlara həlledici mərhələdə ev sahibi Bolqarıstan da rəqib olacaq. Yarımfinal və final matçları iyunun 18-20-nə təsadüf edəcək. Əgər bolqarlar birinci yerin sahibi kimi mərhələ adlayarsa, ən yaxşı ikinci pillənin sahibi onlara qoşulacaq. Qızıl Avropa Liqasının finalçıları isə gələn il keçiriləcək FIVB Çelenc Kubokundan iştirak hüququna yiyələnəcək.

CANLI YAYIM