Məşqə gəlməyən 3000 cərimələnəcək

5 Oktyabr, 17:03 Sosial mediada paylaşın:
"Real" rəhbərliyi futbolçularla bağlı nizam-intizam qaydalarına əl gəzdirib, çox sərt addımlar atmaq qərarına gəlib. Madrid klubu futbolçularla bağlı yeni qayda və qadağalar tətbiq etməyə başlayıb.
Bunun bağlı "Deportes Cuatro" nəşri cərimələrlə bağlı siyahı təqdim edib.
1.Əsas qadağalardan biri futbolçuların məşqə gecikməsi ilə bağlıdır. Futbolçular bazada məşqdən 45 dəqiqə öncə olmalıdırlar. Əks halda, hər futbolçu ilk 5 dəqiqə üçün 250, 15 dəqiqə üçün 500, daha uzun müddət üçünsə 1000 avro cərimə ödəyəcək. Məşqə gəlməyən futbolçu 3000 avrosundan keçməlidir.
2.Paltardəyişmə otağında və klub avtobusunda oyunçuların mobil telefonları səssiz rejimdə olmalıdır. İlk dəfə qayda pozan 250, ardınca isə 1000 avro cərimə ediləcək.
3.Hər futbolçu həftədə bir dəfə çəkidən keçməlidir. Qayda pozanın cəriməsi - 250 avro. Əgər çəki normadan çox olsa, 1000 avro cərimə olacaq.
4.Bundan əlavə, yeni nizamnaməyə əsasən, futbolçular istirahət zamanı Madridi tərk edərsə, məşqçi və klub rəhbərliyi məlumatlandırılmalıdır. Müsahibələr və kommersiya fəaliyyətləri də əvvəlcədən klub rəhbərliyi ilə razılaşdırılmalıdır. Bu qaydaların pozulmasına görə cəza 1000 avro nəzərdə tutulub.

CANLI YAYIM