"World Masters" turnirində çıxış edəcək cüdo millimizin heyəti məlum olub

23 Dekabr, 13:17 Sosial mediada paylaşın:
Cüdoçularımızın yeni ildə ilk sınağı Qətərin paytaxtı Dohada olacaq. "World Masters" turnirində reytinqə görə ən güclü 9 idmançımız mübarizə aparacaq. Tokio olimpiadasına lisenziya xalları verən mötəbər yarış üçün tam heyətimiz də məlumdur.
2021-ci ildə cüdo üzrə ilk mötəbər turnir Qətərin paytaxtı Dohada təşkil olunacaq. AZərbaycanı "World Masters" yarışında  demək olar ki, ən güclü cüdoçular təmsil edəcək. 9 nəfərlik heyətə nəzər yetirsək, Orxan Səfərov və Nicat Şıxəlizadə 66, Rüstəm Orucov 73, Məmmədəli Mehdiyev 90, Elmar Qasımov və Zelim Kotsoyev 100 kq, nəhayət Uşanqi Kokauri 100 kq-dan artıq çəkidə mübarizə aparacaq. Qadın idmançılarımıza gəlincə, Aişə Qurbanlı və Leyla Əliyeva 48 kq-da ölkəmizin idman şərəfini qoruyacaq. İrina Kindzerskaya isə 78 kq-dan artıq çəki dərəcəsində çıxış edəcək. Dohadakı turnir olimpiadaya lisenziya xalları verəcək. Qızıl medal qazanan idmançı 1800 xal əldə edəcək. Qeyd edək ki, dünya çempionatında bu rəqəm 2000-ə bərabərdir. "World Masters" yarışında 51 ölkədən 261 cüdoçunun iştirakı gözlənilir.

CANLI YAYIM