"Dakar" rallisi təxirə salınmayacaq

23 Dekabr, 17:39 Sosial mediada paylaşın:
Hər il keçirilən ənənəvi Dakar rallisi bu il də təşkil olunacaq. Hərçənd bir neçə gün öncə bununla bağlı şübhələr var idi.
Səudiyyə Ərəbistanı höküməti “Dakar” rallisini təşkil edəcəyini açıqlayıb. Koronavirus pandemiyasına görə, yanvar ayında ənənəvi yarışın təşkilatçılığı ilə bağlı problemin yaşanacağı haqda şaiyələr dolaşsa da, yerli hökümət bu məlumatları təkzib edib. Təşkilat komitəsi pilotlarla yanaşı komandanın idarə heyətinin üzvləri, mexaniklər və mətbuat nümayəndələrinin də Ciddə şəhərinə problemsiz gələ biləcəyini açıqlayıb.
Əslində yarışın təşkil olunmayacağı ilə bağlı şayiələr heç də səbəbsiz deyildi. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı koronavirusun yeni ştamına görə ən azı bir həftəlik təyyarə ilə bütün reysləri ləğv edib. Hətta bu ölkə su və quru yolu ilə səfər etmək də mümkün olmayacaq. Xatırladaq ki, Qran-prinin təşkilatçıları onun marşrutu haqda ictimaiyyəti məlumatlandırmışdı. Yanvar ayının 3-dən 15-inə qədər keçiriləcək ralli 7646 km məsafəni əhatə edəcək. Yarışa Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri olan Ciddədə start veriləcək və iştirakçılar finiş xəttini də elə bu şəhərdə keçəcək. Ötən il də start və finiş bu şəhərdə olsa da, marşrutun xəritəsi bu dəfə tam fərqli olacaq.

CANLI YAYIM