Teymur Rəcəbov “Airthing Masters” turnirində mübarizə aparacaq

26 Dekabr, 11:33 Sosial mediada paylaşın:
Bu gün “Champion Chess Tour” çərçivəsində “Airthing Masters” turniri start götürəcək.
Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun da iştirak edəcəyi turnirə klassik reytinq üzrə dünyanın ən güclü 11 şahmatçısından 8-i qatılacaq. Yarışda ümumilikdə T.Rəcəbov da daxil olmaqla 12 şahmatçı - Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Hollandiya), Hikaru Nakamura, Uesli So (ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Daniil Dubov (Rusiya), Levon Aronyan (Ermənistan), David Guijarro (İspaniya) və Pentala Harikrişna (Hindistan) mübarizə aparacaqlar.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

CANLI YAYIM