Avstraliya Qran-prisi təxirə salına bilər

26 Dekabr, 11:35 Sosial mediada paylaşın:
Deyəsən, koronavirus pandemiyası növbəti mövsüm də Formula 1-in planlarına mənfi təsir göstərəcək. Xüsusən də, mövsümün ilk yarışının təşkilatçılığı ilə bağlı problemlər var.
Formula 1-də yeni mövsüm martın 28-də Bəhreyn Qran-prisi ilə start götürə bilər. Buna səbəb martın 21-nə planlaşdırılan Avstraliya Qran-prisinin təxirə salınmaq ehtimalıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.“Auto Motor und Sport” yazdığına görə, hazırda Avstraliyada koronavirus pandemiyasının sürətlə yayılması ölkədə vəziyyəti ağırlaşdırılıb. Mart ayına qədər vəziyyətin qaydasına düşəcəyinə təminat verə bilməyən təşkilatçılar Formula 1-dən Qran-prinin təxirə salınmasını xahiş edib. Məsələ ondadır ki, hazırkı qaydalara görə, Avstraliyaya səfər edənlər iki həftə karantində qalmalıdır. Bunu Avstraliya Açıq tennis turnirinin iştirakçılarına tətbiq etmək mümkün olacaqsa, Formula 1 iştirakçılarının iki həftə Melburnda karantində qalmaq ehtimalı aşağıdır. Bunu nəzərə alan Qran-pri təşkilatçıları yarışı başqa tarixə keçirməkdə maraqlıdır. Xatırladaq ki, bu mövsüm Avstraliya Qran-prisi yarışın startına 1 saat qalmış ləğv edilmişdi.

CANLI YAYIM