Teymur Rəcəbov daha 4 görüş keçirib

28 Dekabr, 12:28 Sosial mediada paylaşın:
Onlayn formada keçirilən blits şahmat üzrə “Eyrtinqs Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.
Rusiyalı Aleksandr Qrişuk, Yan Nepomnyaşi, amerikalı Hikaru Nakanura ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib. Rəcəbov xal hesabını 4 xal yarıma çatdıraraq 4-cü yerdə qərarlaşıb. Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

CANLI YAYIM