Teymur Rəcəbov dörddəbir finalda ilk qarşılaşmasını heç-heçə ilə başa vurub

30 Dekabr, 11:30 Sosial mediada paylaşın:
Dekabrın 29-da rapid üzrə “Champions Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirində dörddəbir finalın ilk oyunları keçirilib.
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dörddəbir finalın dörd partiyadan ibarət ilk oyununda rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə (2:2) başa çatıb.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

CANLI YAYIM