Rəcəbov finalın ilk günündə Aronyanı məğlub edib

3 Yanvar, 12:27 Sosial mediada paylaşın:
"Airthings Masters" şahmat turnirində final görüşlərinə start verilib. Sport24.az xəbər verir ki, beynəlxalq qrossmeysterimiz Teymur Rəcəbov finalın ilk günündə erməni rəqibi Levon Aronyana qalib gəlib.
İlk 3 partiya heç-heçə yekunlaşsa da, son partiyada Teymur rəqibini mat eə bilib. Beləliklə, finalın ilk günü Rəcəbovun 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. 
Turnirin qalibi sabah müəyyənləşəcək. Rəcəbova cavab matçında heç-heçə də kifayət edəcək.

CANLI YAYIM